Təhsil naziri Mikayıl Cabbarov bu ildən məktəblərdə dərslərin iyunun 14-də başa çatması ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Nazir Mikayıl Cabbarov qeyd edib ki, tədrisin məzmunu və təşkilinin təkmilləşdirilməsi daimi vəzifələrdəndir.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, "Növbəti tədris ili də eyni vaxtda başa çatacaqmı" sualına cavab olaraq nazir "Bu istiqamətdə bütün fəaliyyət davam etdiriləcək", - deyə bildirib.
Nazir tədris ilinin başa çatması münasibətilə şagird və müəllimləri təbrik edib.
Xəbər 387 dəfə oxunub.