Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb.
Aktual.azxəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə köçürülən ailələrin sayı 83-ə (368 nəfər) çatacaq.
***
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə də çatıb, açarlar təqdim olunub.
Bu mərhələdə Şuşakənd kəndinə 27 ailə olmaqla 116 nəfər köçürülüb.
Xəbər 58 dəfə oxunub.