Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Aktual.az xəbər verir ki, növbəti köç karvanı Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə çatıb.
Bu mərhələdə Sos kəndinə 24 ailə - 99 nəfər, Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb.
Sözügedən kəndlərə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xəbər 70 dəfə oxunub.