Nüvə müharibəsinin qarşısını aldım - Tramp

Nüvə müharibəsinin qarşısını aldım - Tramp
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp dünyada nüvə müharibələrinin qarşısını aldığını iddia edib.
Aktual.az xəbər verir ki, o, bu barədə "Truth Social”da yazıb.
Ağ Ev rəhbəri ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılması Müqaviləsinin uzadılmasına qarşı çıxıb:
"ABŞ dünyanın ən güclü ölkəsidir. Birinci prezidentlik müddətimdə yeni və bir çox modernləşdirilmiş nüvə silahları da daxil olmaqla, ordumuzu tamamilə yenidən qurdum".
Tramp əlavə edib ki, o, kosmik qüvvələri yaradıb və ABŞ ordusunu "dünyanın heç vaxt görmədiyi səviyyələrə" qədər gücləndirməyə davam edir:
"Hətta İkinci Dünya müharibəsi zamanı dənizlərdə üzənlərdən 100 dəfə daha güclü olan döyüş gəmilərini – "Ayova”, "Missuri”, "Alabama” və digərlərini də əlavə edirik. Mən Pakistan və Hindistan, İran və İsrail, Rusiya və Ukrayna arasında nüvə müharibələri eskalasiyasını dayandırdım”.
Xəbər 68 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR