Nura Suri Səhiyyə Nazirliyinə od püskürdü

Nura Suri Səhiyyə Nazirliyinə od püskürdü

Səhiyyə Nazirliyinin (SN) müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan etməsi xəbəri sənət aləmini də çaxnaşmaya salıb.

Tanınmış estrada müğənnisi Nura Suri 800-dən çox dərmanın dövriyyədən çıxarılmasına etiraz əlaməti olaraq, rəsmi orqanlardan bu məsələyə açıqlama verilməsini tələb edib. “Kimsə buna açıqlama verəcək? Yoxsa elə-belə kiminsə könlünə “zapret” düşüb? Telekanallar müğənniləri “zapret” edən kimi… Telekanal rəhbərlərinin qohumunun toyunda havayı oxumadınsa, kanal rəhbərinin məşuqəsinin xoşu gəlmədisə, anında “zapret” qoyulur. Görəsən, dərmanların günahı nədir?” deyə müğənni dərmanlarla bağlı yaranmış vəziyyətə etirazını bildirib.

// Aktual.az

Xəbər 5956 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR