Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 824 yeni abonent qeydiyyata alınıb.
"Azəriqaz”dan
Aktual.az-a verilən məlumata görə, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 053 yeni abonent qeydiyyata alınıb.
Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 266 min 342 nəfər təşkil edir. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 874 510, regionalar üzrə isə 1 milyon 391 min 832 abonent daxildir.
Xəbər 285 dəfə oxunub.