Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı Günü qeyd ediləcək.
Aktual.az xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir. Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən əlavə qeyri-iş günü olmayacaq.
Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir.
Aktual.az
Xəbər 576 dəfə oxunub.