Novxanıda Xəzər dənizində boğulma hadisəsi olub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Şahidlərin sözlərinə görə, "Diana" istrahət mərkəzinin ərazisində çimərliklə olan bir nəfər qadın boğularaq ölüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub:
"Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara qabaqcadan müəyyən edilmiş çimərlik ərazilərində istirahət etməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir".
Xəbər 598 dəfə oxunub.