"Amerikalı həmsədr Ceyms Uorlikin ABŞ-da Qondarma Dağlıq Qarabağ rejimi ilə bağlı tədbirə qatılması, seperatçılarla görüş keçirməsini düzgün qəbul etmirik".
Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bunu PA rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov həmsədrlərin münaqişənin həllinə ciddi yanaşmadığını və ikili mövqe nümayiş etdirdiklərini bildirərkən deyib. O, ABŞ-ın separatçı quruma illərlə yardım etməsini xatırlatdı.
“Mən məsələni gərək dəqiq araşdırım. Ola bilsin XİN rəsmis desin ki, mənim görüşmək hüququm var - bir həmsədr kimi. Danışıqlar olmalı idi. Amma bu görüşü ABŞ-da etməyə də bilərdi. Bilirsiz, bu həmsədrlərlə görüş olmalı idi”.
Ermənistan Azərbaycan prezidentlərin görüşünün yeri və vaxtı dəqiq açıqlanmasa da, ilin sonuna kimi bu görüşün baş tutacağı dəqiqdir. Görüş qabağı erməni tərəfinin təmas xəttində gərginliyi artırması onların növbəti təxribatıdır.
PA rəsmi onu da vurğuladı ki, proseslərin ümumi gedişi nə Ermənistanın, nə də onların arxasında duranların xeyrinə olmayacaq. Azərbaycan ordusu tezliklə qələbə çalacaq.
Aktual.az