Novruz Məmmədov Türkiyə-Rusiya gərginliyi haqda

Novruz Məmmədov Türkiyə-Rusiya gərginliyi haqda

"Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib".

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır".

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR