Novruz Məmmədov: Prezidentlər razılığa gəlib, 5 rayon azad olunacaq — VİDEO

Novruz Məmmədov: Prezidentlər razılığa gəlib, 5 rayon azad olunacaq   — VİDEO

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.

Aktual.az  ANS TV-yə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.

Novruz Məmmədovun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər" - deyə administrasiya rəhbərinin müavini bildirib.

edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər" - deyə administrasiya rəhbərinin müavini bildirib.

Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR