ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: “Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinə onlar səbəbkardırlar. Bayerin müsahibəsindən görünür ki, o, ATƏT-də özünü 1-ci katib kimi aparır (sovetlərdə olduğu kimi). Bilməlidir ki, Prezident onun haqqında danışmayıb, danışmaz da. Prezident ABŞ-ın ATƏT-dəki səfiri haqda danışıb”.
PA rəsmisi yazıb: “Nə üçün fakt axtarır?! Bəlli hadisə üçün fakta ehtiyac yoxdur. “Twitter”inə baxın... Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir. Beynəlxalq hüquq ifadəsi dilini yara edib. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ifadəni heç vaxt işlətməyib. Belələri haqqında deyirlər... Karvan öz yolu ilə gedəcək”.