PA rəsmisi tvit yazıb.
Avropa İttifaqının Azərbaycan siyasətinin bir məqamı ikili standartın açıq göstəricisidir.
Aktual.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özunün "Twitter" səhifəsində yazıb.
"Necə olur ki, İsveçrə və Aİ-nin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar, amma Cənubi Osetiyada, Abxaziyada və digər yerlərdə onlar işləmirlər", - N.Məmmədov əlavə edib.