Novruz bayramında əfv ola bilər

Novruz bayramında əfv ola bilər

“Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər”.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. O bildirib ki, əfv sərəncamının imzalanması mümkündür: “Sərəncam gözlənilir, lakin kimlərin əfv olunacağını dəqiq bilmirəm. 3 gün qabaq İşçi qrupunun QHT nümayəndələri ilə yığışmışdıq. Müzakirələr zamanı bir çox məsələləri danışdıq. Amma siyahı komissiyaya təqdim olunmayıb. Məsələ dəqiqləşəndən sonra təqdim edəcəyik”.

Qeyd edək ki, 2015-ci ilin dekabrın 29-da prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində əfv sərəncamı imzalayıb. Sərəncamla 210 məhbus azadlığa çıxıb.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR