Novruz bayramında atəşkəsi pozmayın - Kaspşik

Novruz bayramında atəşkəsi pozmayın   - Kaspşik

“Tərəflər sərhəddəki son hadisələr barədə məni məlumatlandırdılar, onların şikayətini dinlədim. Hər iki tərəf kəndlərin qoşunların təmas xəttinə yaxın yerləşmələrini qeyd ediblər. Sərhədyanı zonaların sakinləri atəşkəs rejiminin pozulmasından çox əziyyət çəkirlər”.

AzVision.az -ın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mandatının bir hissəsi olaraq martın 17-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirdiyi monitorinqlə bağlı açıqlamasında deyib.

“Qarşıdan gələn Novruz və Pasxa bayramları ilə əlaqədar tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, təmas xəttində və ya sərhəddə gərginliyi arıtra biləcək hansısa hərəkətlər etməməyə çağırıram. Bu fürsətdən istifadə edərək qarşıdan gələn bayramlarla əlaqədar region xalqlarına ən xoş arzularımı çatdırıram”, deyə o, bildirib.

Aktual.az

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR