Rusiyanın "Transneft" neft-qaz şirkəti bu gün Novorossiysk limanından neft məhsullarının nəqlini dayandırıb.
Aktual.az APA-ya istinadən bildirir ki, bunu şirkətin rəsmi nümayəndəsi İqor Demin deyib.
Onun sözlərinə görə, nəqlin dayandırılmasına səbəb şimşəyin çaxması olub: "Bu gün Novorossiyskdə səhər saatlarında şimşək çaxması səbəbindən iki tankerin yüklənməsi dayandırılıb. İşlər günortadan sonra bərpa ediləcək. Nəqlin müvəqqəti dayandırılması işlərin qrafikinə təsir etməyəcək".
Xatırladaq ki, Novorossiysk limanına Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan nefti də nəql olunur.