Novak: İran neftin dünya qiymətini aşağı salacaq

Novak: İran neftin dünya qiymətini aşağı salacaq
  • DÜNYA

“Digər ölkələrdə bütünlükdə nə baş verəcəyinə baxmaq lazımdır”.

İranın dünya neft bazarına çıxışı neftin qiymətinə təsir edəcək, lakin necə - zaman göstərəcək.

Aktual.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, by barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak nazirlikdə qaz ixrazatçiları ölkələrin Forumunda qeyri-rəsmi deyib.

“Bu suala cavab (İranın neft bazarına çıxışı neftin qiymətinə necə təsir edəcək) elə də birmənalı deyil, əlbəttə, istənilən halda əlavə həcmlər tələb və təklifin balansına təsir edəcək. Digər ölkələrdə bütünlükdə nə baş verəcəyinə, həmin anda qiymətlərin necə olacağına, hansı yatırımların olacağına baxmaq lazım olacaq. Biz, ümumiyyətlə, İranın bazara nə vaxt çıxa biləcəyini tam başa düşmürük”, - Rusiya naziri dedi.

“Hansı yatırıımların və hansı müddətə həyata keçiriləcəyini başa düşmək üçün, biz həmçinin İranın öz şərtlərini nə vaxt elan edəcəyini gözləyirik”, - deyə Novak əlavə etdi.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR