Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.
Aktual.az-ın məlumatına görə, 38 yaşlı qrossmeyster VI turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
Məmmədyarov 7 xalla hindistanlı Qukeş Dommaraku ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giriylə 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, "Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Xəbər 231 dəfə oxunub.