Nobel prospektinin bağlı olan hissəsi sabah açılır Rəsmi

Nobel prospektinin bağlı olan hissəsi sabah açılır  Rəsmi

Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb. Prospektin bu hissəsi sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq açılacaq. 

Aktual.az “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yox idi. Nəticədə yağış yağarkən yolun hərəkət hissəsində gölməçələr əmələ gəlirdi. Bu isə öz növbəsində asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olurdu. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlamışdı.

Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda komunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə yol boyu 3 min poqon-metr səki daşı düzülüb.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Təmir işləri tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və işlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Aktual.az

Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR