"Nizami Gəncəvinin 875 illiyi münasibətilə Şərq-Qərb Divanı” adlı tədbir keçirildi - ALMANİYADA


Almaniyanın tarixi şəhərlərindən olan Hildeshaym ən çox şəhər mərkəzində yerləşən kilsəsi və müasir üslubda tikilmiş universiteti və bu universitetə bağlı Dünya Musiqi Mərkəzi ilə tanınır.

Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Hildeshaym Universiteti – Dünya Musiqi Mərkəzinin dəstəyi ilə ərsəyəgələn "Nizami Gəncəvinin 875 illiyi münasibətilə Şərq-Qərb Divanı” tədbiri Alman-Azərbaycan mədəni əlaqələrində növbəti bir yadda qalantədbir oldu.

Dünya Musiqi Mərkəzinin idarə heyətində təmsil olunan Şərq incəsənətini, eləcə də muğamı tədqiq edən professor Raimund Fogelsin Azərbaycana isti münasibəti və professor Çingiz Abdullayevlə elmi əməkdaşlığı sonda belə bir layihənin gerçəkləşməsinə səbəb oldu.

Layihə əsasında hazırlanan proqramın ilk dəfə Dünya xalqlarının musiqi alətlərinin saxlanıldığı məkanda Azərbaycan musiqi sədaları və poeziya ilə səslənməsi qürurvericidir. Belə ki, Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə təqdim olunan konsert və poeziya proqramı tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş Şərq-Qərb Divanı poeziyasında da salonda əyləşən çoxsaylı tamaşaçılar da Azərbaycanın multikultural mühitini və ruhunu hiss edərək alqış sədaları ilə öz minnətdarlıqlarınıbildirmişlər.

Sonda Alman-Azərbaycan Cəmiyyətinin idarə heyəti dostluq və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə prof.Raymund Vogelsə və Hildeshaym Universiteti - Dünya Musiqi Mərkəzinə "Körpü” diplomunu təqdim etmişlər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından Azərbaycanın musiqi alətini Dünya Musiqi Mərkəzinin muzeyində saxlanılması üçün təqdim etmişdir.
 

Xəbər 1048 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR