Niyaməddin Orduxanlının minlərlə evə seçki bukleti paylandı-FOTO

Niyaməddin Orduxanlının minlərlə evə seçki bukleti paylandı-FOTO

Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizəd Niyaməddin Orduxanlının seçki bukleti minlərlə evə göndərilib.

Aktual.az xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Orduxanlı bildirib ki, 50 saylı üçüncü seçki dairəsini 7 qəsəbə və kənd əhatə edir:
 
”İlk olarq Seçki Qərargahımın onlarla üzvü ilə Mehdiabad qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət etdik. Sonra Seçki Qərargahının üzvlərinin fədakarlığı nəticəsində minlərlə evə buklet göndərildi. Bütün qəsəbə və kəndlərdə yaşayan insanlara yaxınlaşıb bukletimi təqdim ediblər. Evlərin qapılarına qoyublar. Bəli, məhz minlərlə evə. Özümün anadan olduğum Mehdiabad qəsəbəsi daxil olmaql, Fatmayı, Görədil, Novxanı, Saray, Digah və Məmmədli kəndlərinə, təxminən, hər qəsəbə və kənddə olan 700-800 evə. Qəsəbə və kəndlərdə yayılan bukletimin şəkilləri Facebook və Tik-Tok səhifəmdə yayılıb. Bu hesablarımda yüzlərlə şəkil yayılııb. Bütün gücümüzlə seçki kampaniyasını aparırıq. Abşeron ictimaiyyəti məni kifayət qədər tanıyır. Hər kəsə çağrış edirik ki, sentyabrın 1-də seçki məntəqələrinə gəlib ƏHD Partiyasının hörmətli sədri Qüdrət Həsənquliyevin müavini, namizəd Niyaməddin Orduxanlıya səs verin. Mənim həm də sosial şəbəkələrdə çox geniş təblığatım aparılır. Yüz minlərlə sosial şəbəkə istidadəçilərinə seçki plakatım və uzun illər siyasi proseslərdəki iştirakımla bağlı məlumatlar çatdırılır. Növbəti mərhələdə görüşləri keçirməyi planlaırırıq…
 
Təblığat prosesinin verdiyi bütün vasitələrindən istifadə edəcəyik. Biz qalib gəlmək uğrunda mübarizə aparırıq”.
































































Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR