"Seçki Qərargahımın üzvləri 2 günə imza vərəqələrini yekunlaşdırdı. Bu gün imza vərəqələrimi namizəd olduğum 50 saylı Abşeron üçüncü seçki dairəsinə təqdim edəcəm! Seçki Qərargahımın üzvlərinə və imza toplama kampaniyasında əməyi və əziyyəti olan hər kəsə dərin təşəkkürümü bildirirəm! Bir daha Mehdiabad, Məmmədli, Fatmayı, Goradil, Novxanı, Saray qəsəbə sakinlərinə dərin təşəkkürümü bildirirəm! Əziz abşeronlular, çox sağ olun!".
Aktual.az xəbər verir ki, bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, 2 günə imzanın yekunlaşmasının səbəbi Abşeron rayonunda anadan olmasıdır:
"Bir daha əməyi olan şəxslərə dərin təşəkkürümü bildirirəm. İmza vərəqələrinin 2 günə yekunlaşmasının səbəbi əlbəttə ki, mənim Abşeron rayonunda anadan olmağımdır. Mən Mehdiabad qəsəbəsində anadan olmuşam və qəsəbənin 60 mindən artıq əhalisi, 15 000 seçicisi var. Bizim ailə 60 ildən artıqdır ki, Mehdiabad qəsəbəsində yaşayır. Əslən Qərbi Azərbaycanın Qafan şəhərindənik. 30 ilə yaxındır ki, aktiv siyasi fəaliyyətlə məşğul oluram. 5 dəfə bələdiyyə seçilmişəm. Abşeron ictimaiyyəti məni kifayət qədər tanıyır. 23 ildir ki, ƏHD partiyasının sədri, hörmətli Qüdrət Həsənquliyevin müaviniyəm. Bütün bunlar təsir edici amillərdir. Mənə imza verən yüzlərlə şəxsin imza verdiyi anda şəkilləri də sosial şəbəkə səhifələrimdə paylaşılıb. Hətta imza verəqələri yekunlaşandan sonra da Seçki Qərargahıma yaxınlaşıb imza vermək istəyənlər də oldu".
Xəbər 515 dəfə oxunub.