"Bir siyasətçi olaraq üzun illərdi ki, sosial şəbəkələrdən çox geniş istifadə edirəm. Son 3 ayın rəsmi statiskasını deyə bilərəm, 12 milyondan artıq çıxışlarıma, videolarıma baxış olub, izlənilib. Xüsusən, Azərbaycanın ən böyük sosial şəbəkə platforması olan Tik-Tok, facebook və İnsragramdan istifadə edirəm. Bəzən Tik-Tokda bir çıxışıma 800 min insan baxış edir, 37 000 insan like edir, minlərlə insan rəy yazır”.
Aktual.az xəbər verir ki, bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, ölkənin siyasi gündəmi ilə bağlı partiya sədrinin müavini kimi mətbuata verdiyi açıqlamaları, müsahibələri və yerli internet televiziyakardakı çıxışlarını sosial şəbəkələrdə geniş yayır.
Bununla yanaşı ƏHD Partiyasının hörmətli lideri Qüdrət Həsənquliyevin müsahibələrini, açıqlamalarını və partiyamızın bəyanatlarını yayıram. Təsəvvür edin, son 3 ayda yarım milyon insan çıxışıarımı like edib. Yüz mindən artıq insan rəy yazıb. Bu çox böyük göstəricidir. Siyasətçi bütün imkanları ilə mətbuat və sosial şəbəkələrdən istifadə etməlidir. Tik Tokda yaydığım videoların demək olarki hamısı KƏŞFETƏ düşür. Bu baxımdan milyonlarla izləyici olur. İstənilən şəxs sosial şəbəkələrdə Niyameddin Orduxanlı yazıb görə bilər. Bir həqiqəti də deyim ki, bu gün Azərbaycanda televiziyalardan daha çox sosial şəbəkələr izlənilir. Tək Tik Tokda qeydiyyatdan keçənlərin sayı 8 milyonu keçib.
Xəbər 940 dəfə oxunub.