Nişanlısının şəhidə yazdığı ürəkdağlayan mesaj: - YALVARIRAM...

Nişanlısının şəhidə yazdığı ürəkdağlayan mesaj:   - YALVARIRAM...

Türkiyədə 15 iyul qiyam gecəsindı şəhid olan polis Hakan Yorulmazın nişanlısı həmin gecə baş verənləri ürəkyanğısı ilə danışıb.

Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Yorulmaz 1 ay sonra nişanlısı ilə evliliyə hazırlaşırmış. 6 ildir xüsusi hərəkat polisi kimi çalışan Hakan iki il əvvəl Ankaraya təyinat alıb.

Nişanlısı Gülhan Aygünün sözlərinə görə, polis rəisi olmaq xəyalı quran Hakan həmin gün 28 yaşını qeyd edəcəkdi. Lakin o çevriliş edənlərin Gölbaşı Şəxsi Hərəkat Mərkəzində təşkil etdiyi bombalı hücumda şəhid olub.

Nişanlısının ölümündən sonra bütün xəyalları yıxılan Gülhan Aygün 15 iyul gecəsindən sonra yaşadıqlarını bölüşüb:

“ Həmin gün 28 yaşı olacaqdı. Onun üçün tort hazırlamışdım. Yaşadığı evi bəzəyib, məktub yazaraq çıxmışdım evindən. ”

Nişanlısının axşam bu sürprizi gördüyündə çox xoşbəxt olduğunu deyən gənc qız daha sonra onu təəcili işə çağırdıqlarını deyir:

“Hadisədən bir gün öncə “ Mənə bir şey olsa evlənərsənmi? ” deyə soruşdu və sonra cavab belə verməyimə macal verməmiş gözlərimə baxıb “heç vaxt evlənmə ” dedi. Şəhid olmadan əvvəl sanki bunu hiss edirmiş kimi danışdı”.

Gənc qızın sözlərinə görə nişanlısı ona 15 iyul gecəsi 10 dəfə zəng edib:
"15 iyul günü 10 dəfə məni axtardı. Hər dəfəsində “əsla üzüyümü barmağından çıxarma ” deyirdi”.

Aygün Hakanla həmin gün dəfələrlə danışdığını və Hakanın ona “hər şey çox gözəl olacaq” dediyini xatırlayır:

“Və ilk partlama xəbəri gəldi. Mən Hakana oradan çıxması üçün yalvardım. O isə mənə heç bir bombanın olmadığını sadəcə binanı qorulamalı olduqlarını dedi. Amma bizim danışığımızdan biraz sonra ikinci partlayış baş verib və o elə oradaca şəhid düşüb”.

Aygün artıq Hakandan qalan bütün arzuları reallaşdıracağını deyir. O nişanlısının kiçik bir ev almaq istədiyini və polis rəsi olmaq arzusunda olduğunu söyləyib:

“Mən onun bütün xəyallarını, arzularını reallaşdıracam. Atasına bir ev alacam. Artıq polis olmaq üçün sənədlərimi hazırlayıb müraciət də etmişəm. Onun bundan sonrakı həyatını mən özüm yaşacam”.

Aktual.az

Xəbər 8071 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR