Azərbaycanın Göygöl rayonunda intihar hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Xəyalə Mirzəyeva yaşadığı evdə özünü asaraq öldürüb. X. Mirzəyevanın nişanlı olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.