"Ermənistanın 29,8 min kvadratkilometr ərazisi…” Aylardır erməni Baş nazir Nikol Paşinyan bütün çıxışlarını bu məsələ üzərində qurur, gah Azərbaycanı ittiham edir, gah erməniləri "29,8 min kvadratkilometri qoruyaq” prinsipi üzərindən atdığı addımlara inandırmağa çalışır.
Amma diqqətdən yayınan bir məqam var: Nikolun iddia etdiyi kimi Ermənistan ərazisi doğrudanmı 29,8 min kvadratkilometrdir?
SSRİ dövrünün sənədlərində Ermənistan ərazisi 29,743 kvadratkilometr olaraq göstərilir. Bu rəqəm internetdəki açıq mənbələrdə də əksini tapıb. Paşinyanın "29,8” rəqəmi ilə real olan "29,743” rəqəmi arasında fərq təxminən 60 kv.km-dır. Bu, 6 min hektar ərazi deməkdir və kifayət qədər böyük sahədir.
Əgər söhbət yuvarlaqlaşdırmadan gedirsə, ibtidai riyazi təhsili olanlara bəllidir ki, "29,743” rəqəmi yuvarlaqlaşdırılanda "29,7” edir. Paşinyan hansı məntiqlə "yuvarlaqlaşdırıb” və "27,74” rəqəmini "29,8” edib?
Belə görünür ki, Paşinyanın bu rəqəmi hallandırması və beyinlərə yeritməyə çalışması təsadüf deyil.
Yalnız onu xatırlatmaq kifayətdir ki, Qazaxın 7 kəndinin Azərbaycandan ayrı düşməsinə səbəb o kəndlərlə Azərbaycanın əsas ərazisi arasında olan 3 min hektar sahəsini 1987-ci ildə ovaxtkı Azərbaycan KM MK-nin birinci katibi Kamran Bağırovun "qardaş Ermənistana” otlaq sahəsi kimi verməsidir. Həmin qanunsuz qərar ləğv ediləcəyi və 3 min hektar ərazi geri qaytarılacağı halda Qazaxın 7 kəndi anklavlıqdan çıxır və ərazimizə birləşir. Qazaxın 7 kəndi ilə Qazax rayonu arasında otlaq sahələrindən başqa heç bir erməni kəndi də yoxdur.
Bu prizmadan yanaşdıqda, belə aydın olur ki, Paşinyan "29,8 min kv.km-ya kadastr almaq istəyirəm” deməklə, Ermənistanın hətta mübahisəli 28,74 min kv.km ərazisini 29,8 min kv.km-a qaldırmaq üçün çalışır və müəyyən üstünlük qazanmağa uğursuz cəhd edir.
Xəbər 202 dəfə oxunub.