Nikol Qarabağ mövqeyini elan etdi: Bəs, Kreml nə istəyir?

Nikol Qarabağ mövqeyini elan etdi: Bəs, Kreml nə istəyir?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasına özünəməxsus reaksiya verib. Zaxarova Nikol Paşinyanın son bəyanatının "Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya” səbəb olduğunu deyib. O bildirib ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir. Ancaq bundan da dəqiq mövqe olar? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, daha nə istəyirsiniz?
Aktual.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
"Mariya Zaxarovanın "Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını "diqqətə” alır. Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı "fərqli” mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı "planlarından” əl çəkməyib”, - Şahinoğlu bildirib.
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR