Nikol narazı qayıtmışdı, yenidən Moskvaya niyə gedir?

 Nikol narazı qayıtmışdı, yenidən Moskvaya niyə gedir?

Bugünlərdə Moskvadan qayıdan Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək. Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətmədi. Onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir. Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına dərhal cavab verir.
Aktual.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın 7 iyunda Moskvaya səfərə gedəcəyi barədə məlumata münasibətində qeyd edib.
O bildirib ki, iyunun 1-də Paşinyan və Əliyevin Kişinyovda görüşü gözlənilir:
"Bu görüşdə vasitəçi Brüssellə yanaşı Paris və Berlin olacaq. Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək. Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq”.
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR