Nikoil Bank-da dələduzluq - Vətəndaşın pulu mənimsənildi

Nikoil Bank-da dələduzluq -   Vətəndaşın pulu mənimsənildi

Nikoil Bank ASC-nin Sumqayıt filialında dələduzluq hadisəsi baş verib. 

Aktual.az xəbər verir ki, bu barədə AzNews.az-a Sumqayıt şəhər sakini Salman Məmmədov məlumat verib. 
Saytın redaksiyasına şikayət məktubu göndərən S.Məmmədov bildirib ki, Nikoil Bank ASC-nin Sumqayıt filialında çalışan Vüsal Fərhadov onun 958 AZN pulunu mənimsəyib. 

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Mən, Məmmədov Salman 11.12.2014-cü il tarixində NİKOİL BANK ASC-nin Sumqayıt filialından şəxsi özəl mənzilimin girovu müqabilində 21600 ABŞ dolları məbləğində kredit götürmüşdüm. Götürülən kredit məbləğinə görə aylıq ödənişləri də hər ay ödəmişəm. 

2015-ci ilin mart ayında aylıq ödənişi həyata keçirmək istədiyim zaman həmin bankın səlahiyyətli işçisi Fərhadov Vüsal Əsəd oğlu məndən və oğlumdan 520 AZN və 438 AZN aldı və bildirdi ki, ABŞ dollarının kursu hələ müəyyən olunmayıb və may ayında AR Konstitusiya Məhkəməsi bu işə baxacaq. O zaman qəbul ediləcək qərara əsasən mən özüm ödənişi müəyyənləşən faizlə (kursla) ödəyəcəm. Bu zaman Vüsal Fərhadov heç bir qəbz verməmişdir. Sonra məlum olmuşdur ki, V.Fərhadov bizdən qəbul etdiyi ümumilikdə 958 AZN ödənişi mənimsəmiş, bizim hesabda olan depoziti icazəsiz götürərək ödəniş etmişdir. 

Bu günlərdə məlum olmuşdur ki, V.Fərhadov bizimlə yanaşı daha bir neçə nəfəri aldatmış və qonşu Türkiyəyə qaçmışdır. NİKOİL BANK rəhbərliyi isə işçisinin bu məsuliyyətsizliyindən boyun qaçıraraq cinayəti ört basdır edərək müştərilərinə etinasız yanaşır. Bizə bildirirlər ki, gedin özünüz V.Fərhadovdan pulunuzu tələb edin. 

V.Fərhadov mənim ödənişlərimi qeydiyyata salmadığına və nəticədə aylıq ödəniş gecikmələri yarandığına görə bank əməkdaşları mənim mənzilimi Məhkəməyə verməklə hədələdilər və bildirirlər ki, mənzil ipoteka müqaviləsində göstərilən qiymətdən də aşağı qiymət ilə satışa çıxarılacaq. Bu halın baş verməsindən narahat olaraq biz təkrarən ödədiyimiz məbləği yenidən banka ödəməli olduq. 

NİKOİL Bankın Sumqayıt filialında baş vermiş bu qanunsuzluqla bağlı iyun ayının 23-də Respublika Prokurorluğuna, DİN, Mərkəzi Banka, NİKOİL Bankın Baş ofisinə və Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etsəm də bu istiqamətdə hələ də bizə bir cavab verilməmişdir”. 

 
Xəbər 870 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR