NİİM toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib - VİDEO

NİİM toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib.
Aktual.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, toy karvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda süni sıxlıq yaratmırlar, onlar həm də qəzaların baş verməsinə səbəb olurlar.
NİİM bununla bağlı görüntü də yayıb. Bildirilib ki, ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınan bu qəza real mənzərəni əks etdirir:
"Müşahidələr onu göstərir ki, "toy karvanları”nda olan bəzi sürücülər nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur, manevr etmə qaydalarını pozur və yollarda süni sıxlıq yaradırlar. Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar".
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi "toy karvanları”nda iştirak edən sürücülərin diqqətinə çatdırır ki, onlar qaydalara məsuliyyətlə yanaşmalı və bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etməlidirlər".


Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR