Nigeriyada törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ölkənin şimalında yerləşən Kano şəhəri yaxınlığında baş verib.
Terrorçu-kamikadze dini mərasim zamanı özünü partladıb. Hücumun "Boko Haram" terror qruplaşması tərəfindən təşkil olunduğu bildirilir.
Aktual.az