Niderland drona görə F-35-ləri havaya qaldırdı

Niderland drona görə F-35-ləri havaya qaldırdı
  • DÜNYA

Niderland hava məkanında naməlum dron görünməsindən sonra iki ədəd F-35 qırıcı təyyarəsini havaya qaldırıb.
Aktual.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən gün naməlum obyektlə bağlı həyəcan siqnalına cavab verən qırıcılar "Folkel” hava bazasına qayıdıb:
"Bu, təhlükə yaratmayan və artıq ölkənin hava məkanını tərk etmiş bir dron olub. Onun haradan gəldiyi hələ də məlum deyil. Hava nəqliyyatı dispetçerləri sözügedən dron Niderland hava məkanına daxil olarkən onunla əlaqə yarada bilməyib. Hava nəqliyyatına mənfi təsir olmayıb və uçuş məhdudiyyətlərinin tətbiqinə ehtiyac qalmayıb”.
Xəbər 27 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR