Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ klubunun hücumçusu Neymarın zədə səbəbindən nə vaxta qədər yaşıl meydanlardan uzaq qalacağına aydınlıq gəlib.
Aktual.az komanda.az xəbər verir ki, bu barədə Braziliya millisinin həkimi Rodriqo Lasmar məlumat verib. Onun sözlərinə görə, artıq əməliyyat üçün Rio-de-Janeyroya yollanan 26 yaşlı futbolçunun bərpası üçün 3 aya yaxın vaxt lazım gələcək.
Xatırladaq ki, Neymar fevralın 25-də Fransa çempionatının "Marsel"lə (3:0) oyununda zədələnib.
Xəbər 452 dəfə oxunub.