İspaniyanın "Diario Gol” qəzeti uzun müddətdir adı "Real Madrid”lə birgə çəkilən Neymarın transferi barədə daha bir iddia ortaya atıb.
Publika.az xəbər verir ki, "PSJ”nin ən bahalı oyunçusu 2020-ci ildə "Real”a trenasfer ediləcək.
Ötən yay "Barselona”dan 222 milyon avroya transfer edilərək tarixin ən bahalı oyunçusu adını alan Neymar hazırki komandasında xoşbəxt olmadığını dəfələrlə vurğulayıb.
Xəbərdə "Real”ın Neymarı Kriştiano Ronaldonun uzunmüddətli alternativi olaraq düşündüyü bildirilib.
Aktual.az
Xəbər 574 dəfə oxunub.