PSJ prezidenti Naser Əl-Xəlaifi braziliyalı hücumçu Neymarın transferi haqqında danışıb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, qətərli funksioner bunu 3 il əvvəl planlaşdırdığını qeyd edib.
"La Liqa bu transferə etirazını bildirəndə "Barselona"dan mənə zəng edib məsələni birgə həll etməyi təklif etdilər. Mən hazır olduğumuzu dedim. "Barselona" rəhbərliyi, onun prezidenti, azarkeşləri və futbolçularına minnətdaram. "Barselona" dünyanın ən yaxşı klublarından biridir.
Neymarın transferini hələ 3 il öncə planlaşdırırdım. Bir il katalonlarla necə danışıq aparmağı düşündüm. 3 həftə əvvəl bu prosesə başladıq. Danışıqlar asan başa gəlmədi. Vaxt itirmək olmazdı. Gördükləri işlərə görə klubun əməkdaşlarına təşəkkür edirəm. Çoxları bu işə girişməzdi. Amma bizim məqsədimiz Neymarı transfer etmək idi. İndi o, bizim klubdadır".
Aktual.az
Xəbər 475 dəfə oxunub.