Neymar zədələnərək, meydanı göz yaşları ilə tərk edib

Neymar zədələnərək, meydanı göz yaşları ilə tərk edib

Braziliya milli komandasının futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib.

"Report”un məlumatına görə, 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət alaraq 21-ci dəqiqədə meydanı tərk edib. Bu zaman göz yaşlarına hakim ola bilməyən Fransa PSJ-sinin forvardı paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Neymarın 15 iyun – 7 iyulda keçiriləcək Amerika Kubokunda iştirakı sual altındadır.
Bu itkiyə rəğmən, Braziliya yığması Qətərə 2:0 hesabı ilə qalib gəlib. İngiltərə "Everton”unun yarımmüdafiəçisi Rişarlison 16-cı dəqiqədə hesabı açıb. "Mançester Siti”nin forvardı Qabriel Jezus isə bundan 8 dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, 2018/2019 mövsümündə Neymar 28 oyuna 23 qol vurub.
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR