Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar İspaniya "Barselona"sına qayıdacağı haqqında yayılan xəbərləri təkzib edib.
"Report" xəbər verir ki, braziliyalı hücumçu bu barədə şəxsi "İnstagram" hesabından məlumat yayıb.
O, sosial şəbəkədə jurnal təsvirlərini paylaşıb və KİV-in məlumatlarını "saxta xəbərlər" (fake news) adlandırıb.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. O, cari mövsüm Fransa klubunun heyətində müxtəlif turnirlərdə 11 oyuna 11 qol vurub.
Aktual.az
Xəbər 506 dəfə oxunub.