Fransanın PSJ klubunun futbolçusu Neymar zədə üzündən 6 - 8 həftə müddətində meydana çıxa bilməyəcək.
Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə "L'Equipe" nəşrinə 26 yaşlı braziliyalı hücumçunun eyni zamanda meneceri olan atası bildirib.
Beləliklə, forvard martın 6-da İspaniyanın "Real Madrid" komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxmalı olacaq. Paris təmsilçisi səfərdə keçirdiyi ilə görüşdə 1:3 hesabı ilə uduzub.Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə "Marsel"i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.
Xəbər 572 dəfə oxunub.