Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.
APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Bayramov 15 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin fevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.
Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdiyini etiraf edib.
O qətlə səbəb kimi nəvəsinin şəhid oğlunu təhqir etməsini göstərib.
Aktual.az
Xəbər 919 dəfə oxunub.