İsrail ordusu Baş nazir Benyamin Netanyahuya göndərdiyi məxfi hesabatda HƏMAS-ın Qəzzada əhəmiyyətli dərəcədə gücləndiyini bildirib.
Aktual.az xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.
"Proses "Tramp planı”na uyğun olaraq anklavda atəşkəs qüvvəyə mindikdə başlayıb. HƏMAS rəhbərliyi təkcə hərbi deyil, həm də siyasi təsirini gücləndirmək üçün çalışır və yeni güc strukturlarına nüfuz etməyə hazırlaşır. HƏMAS üzvləri həmçinin İsrail ordu bölmələrinin geri çəkildiyi sərhəd olan "sarı xətt” boyunca fəaliyyətlərini artırmağa cəhd edirlər”, - məlumatda deyilib.
Xəbər 80 dəfə oxunub.