İsrail Baş naziri Benyamin Netanyahunun keçmiş mətbuat müşaviri Eliezer Feldşteyn məxfi məlumatları sızdırdığı iddiası ilə ömürlük həbs cəzası ala bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Tayms of İsrail” məlumat yayıb.
Nəşrin məlumatına görə, Feldşteyn əsas şübhəli sayılır. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.
Feldşteynlə yanaşı, İsrail ordusunun hərbçisinin də bu işdə adı hallanır. Günahı sübut olunsa, hərbçi 7 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Xəbər 201 dəfə oxunub.