İsraillə Türkiyə arasında yaxınlaşmanın İsrail üçün müsbət iqtisadi nəticələri olacaq.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu ötən gün Romada ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyə-İsrail münasibətlərinə dair 6 ildən sonra elan edilən razılaşma çox vacibdir addımdır.
Xatırladaq ki, iyunun 25-də İsrail və Türkiyə 2010-ci ildə Qəzza zolağına gedən "Mavi Marmara" gəmisində olan 10 türk vətəndaşının öldürülməsi ilə bağlı pozulmuş münasibətləri normallaşdıraq barədə qərara gəlib.