Nəsimi rayonunda yerləşən rəqs kollektivi Türkiyədə keçiriləcək Beynəlxalq Festivala hazırlaşır – FOTO

Nəsimi rayonunda yerləşən rəqs kollektivi Türkiyədə keçiriləcək Beynəlxalq Festivala hazırlaşır – FOTO

Nəsimi rayon İcra Hakimiyyətində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. Mərkəz 18-26 aprel 2019-cu il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalqİstanbul Ataşəhər Uşaq Festivalında iştirak etmək üçün hazırlaşır.

 

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birincimüavini Gülarə Verdiyeva Azərbaycanı Türkiyədə təmsil edəcək Mərkəzin kollektivinə uğurlar arzulamışdır. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti kollektiv və valideynlər adından Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişdi. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış edərək, onlara göstərilən bu ehtimadı doğruldacaqlarına söz verdilər. Daha sonra Mərkəzin rəqs kollektivi öz rəngarəng rəqsləri ilə bütün tədbir iştirakçılarının rəğbətini qazandı.









Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR