Son illər ölkəmizdə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ekoloji tarazlığın qorunması
istiqamətində ciddi işlər aparılır. Nəsimi rayonunda ağac
əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək,
atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların
qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir. İDEA İctimai
Birliyinin təşəbbüsü ilə keçirilmiş "Yaşıl marafon ” layihəsi çərçivəsində
respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda
ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır.
Heydər Əliyev Fondunun
vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq
və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın
təşəbbüsü ilə başlanılmış "Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayon
İcra Hakimiyyəti tərəfindən növbəti iməclik
təşkil edilmişdir.
22 aprel 2017-ci il tarixdə rayonun
4-cü mikrorayon ərazisində yerləşən 5 saylı tam orta məktəbin həyətində "Məktəb
bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin
həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir.
Məlum olduğu kimi Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Məktəb bağları” layihəsi ölkəmizdə
ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verəcəkdir. Layihə
çərçivəsində aprel ayı ərzində ağac əkmə aksiyalarının keçirilməsi nəzərdə
tutulmuşdur. Layihənin keçirilməsində əsas məqsəd məktəblilər arasında ekoloji
sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı
sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.
İməclik
zamanı 4-cü mikrorayon Ə.İskəndərov küçəsində yerləşən br sıra yaşayış
binalarının həyətlərində, binaların qarşısındakı məhəllələr arasındakı ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş ümumi istifadə üçün olan torpaq
sahələri, yollar və keçidlər, kortəbii çəpərlənmiş sahələr, yöndəmsiz dəmir
konstruksiyadan quraşdırılmış qanunsuz tikililər sökülmüş, ağaclar budanmış, ərazilərdə
abadlıq və yaşıllaşdırma işləri aparılmış, mövcud yaşıllıqlara qulluq
göstərilmişdir.
Abadlıq, qururuculuq və yaşıllaşdırma işləri 2-ci mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 2, 9, 29, 32 və 4-cü mikrorayon ərazisindəki Mir Cəlal küçəsi 54, 56 ünvanlarda davam etdirilmişdir. Keçirilən iməclik zamanı ərazidən 100 maşından artıq məişət tullantısı daşınmışdır.
Məhəllələrdə aparılan abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanmış, görülən işləri yüksək qiymətləndirərək davamlı olmasını xahiş etmişlər.
Hazırda Nəsimi rayonunda yaşayış massivlərinin abadlaşdırılması, həyət və məhəllələrin ümumi istifadə üçün yararlı vəziyyətə salınması istiqamətində ardıcıl tədbirlər görülür. İməcliklər keçirilir, qanunsuz konstruksiyalar yığışdırılır, zəbt olunmuş sahələrdən zibillər daşınır, anti sanitar vəziyyət aradan qaldırılır.