Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə bütün zəruri tədbirlər davam etdirilir - FOTOLAR Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə  bütün zəruri tədbirlər davam etdirilir    - FOTOLAR

Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi  və  onun qarşısının alınması ilə bağlı  qabaqlayıcı profilaktik tədbir olaraq  rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunması işləri davam etdirilir. 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində bütün zəruri tədbirlər  görülür.   
Eyni zamanda xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə dəstək olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti  tərəfindən başlanılmış sosial aksiya davam etdirilir.
Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.









Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR