Nəsimi Rayon İcra
Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2019-cu ildə rayonun
sosial-iqtisadi inkişafına yekun vuruldu. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin yanında 2019-cu
ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə
olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edildi.
Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif
Əsğərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi, Bakının
Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra
layihələr uğurla həyata keçirilib.
Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş
verən yenilikləri və ümumi irəliləyişi əks etdirən slayd təqdim
olunandan sonra Nəsimi RİH-in başçısı Asif Əsgərov 2019-cu ildə
sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh etdi, ölkə başçısının
paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi
siyasətin növbəti hədəfləri barədə məlumat verdi.
Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin
əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Nəsimi
rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin
edib. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim
nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident
İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rayona hər gəlişi
nəsimililərin həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Hesabat ilində Bakı şəhərinin Nəsimi rayonunun
sosial-iqtisadi inkişafında, müəssisə və təşkilatların fəaliyyətində nəzərə
çarpacaq müsbət irəliləyişlər olmuşdur.
Rayon üzrə iqtisadiyyatın bütün
sahələrində mövcud olan artım dinamikası saxlanılmış, 9000 yeni daimi iş yeri
açılmış, orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 16,9% artaraq, 762.6 manat təşkil etmişdir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən il 28 May, Dilarə Əliyeva və
Fikrət Əmirov küçələrinin kəsişməsində yerləşən yeni parkda yaradılan şəraitlə
tanış olmağı, metronun 28 May stansiyasının qarşısında vətəndaşlarla görüşü və
Dəmir Yolu Muzeyi ilə tanış olmağı, Azərbaycan Respublikasının Birinci xanımı
Mehriban Əliyevanın Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə uşaqlarla
görüşü, 1 nömrəli körpələr evini növbəti dəfə ziyarət etməsi 2019-cu ildə Nəsimi rayonunun ictimai-siyasi
həyatında əlamətdar hadisə olmuşdur.
Aprelin ayının 26-da Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsimi
rayonunda yerləşən Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi
köçkünlərin yaşayış şəraiti və problemləri ilə tanış olarkən köçkün ailələrinin
Qobuda yerləşən yeni yaşayış massivinə köçürülmələri barədə göstərişindən sonra
qısa müddətdə 478 nəfərdən ibarət 131 məcburi köçkün ailəsinin Qaradağ rayonu
"Qobu Park” yaşayış kompleksinə köçürülməsi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələrin ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının
dayanması amilinin ötən ildə də reallaşdırıldığına bariz nümunədir.
Ölkəmizdə təhsil və
gənclərin inkişafı, əhalinin
sağlamlığının qorunması istiqamətində həyata keçirilən proqramlarla yanaşı, Heydər
Əliyev Fondunun reallaşdırdığı layihələr Nəsimi rayonunda da mühüm
nailiyyətlərin qazanılmasına şərait yaratmışdır. Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu il ərzində Nəsimi rayonu Rəşid Məmmədov
küçəsi 23, 25, 27, Hüseyn Seyidzadə küçəsi 20, 22 24, 26, 28, Moskva pr. 46, 48, Cavadxan küçəsi 1, Cavadxan küçəsi 3, 5, 7, Asif Məhərrəmov küçəsi 34, 38, 42, 46, Rəşid Məmmədov küçəsi 9, 9
ünvanlarında "Bizim həyət” və "Abad həyət”
layihələri həyata keçirilmişdir.
Hər il həyata keçirilən əhalinin tibbi müayinəsi və
yeniyetmələrin "Ölkəmizi tanıyaq” devizi altında respublikamızın ayrı-ayrı
bölgələri ilə tanışlığı üçün tur-aksiyaların, həmçinin Qusar rayonunda
məktəblilərin yay istirahət düşərgələrinin təşkili tədbirləri Nəsimi rayon
sakinləri tərəfindən dərin minnətdarlıq hissləri ilə qarşılanmışdır.
Ötən tədris ilində rayonun orta məktəblərini 1574
nəfər bitirmiş, onlardan 1233 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 327
nəfəri xarici ölkələrin ali məktəblərinə, 57 nəfəri 600-dən çox, 8 nəfəri 650-dən çox bal toplayaraq ali məktəblərə qəbul
olunmuşlar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi
rayonumuz üçün tarixi və əlamətdar hadisə olmuş, Böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik yubileyi Nəsimi rayonunda da böyük fərəh və ruh
yüksəkliyi ilə qeyd olunmuşdur.
Ötən il abadlıq və quruculuq sahəsində də
tədbirlər davam etdirilmişdir. Qaz, elektrik enerjisi, istilik, su təchizatı və
kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonun küçələrinin və
məhəllədaxili yolların əsaslı təmiri, yenidənqurulması və işıqlandırılması
işləri uğurla həyata keçirilmişdir.
Vətəndaşların rifahının daha da artırılması, onların asudə vaxtlarının
səmərəli təşkilinin təmin edilməsi, sosial infrastrukturların yaradılması ilə bağlı
tədbirlərin görülməsi barədə tapşırıqların icrası istiqamətində 2019-cu ildə geniş abadlıq-quruculuq işləri aparılaraq Asif Məhərrəmov küçəsi başdan-başa yenidən
qurulmuş, binaların fasadları, liftlər, dam örtükləri təmir edilmiş, həyətlərdə
abadlıq işləri aparılmış, yeni
yaşıllıq zolaqları salınmışdır.
Əhalinin məşğulluq
səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf
etdirilməsi, sərmayələrin cəlb edilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma
normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış
binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması,
yeni yaşayış binalarının inşa edilməsi üzrə 25 layihənin icrası ötən il davam etdirilmiş, layihələrin bir neçəsində
tamamlanma işləri aparılaraq sakinlərə yeni mənzillərin təqdim olunmasına
başlanmışdır.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi
günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq
bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif
sahələrdə fərqlənənlər mükafatlandırılıblar.
Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu,
onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın
artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət
mərkəzində saxlanılıb.
Hesabat göstəricilərinə yekun vuran Nəsimi rayon
İcra Hakimiyyətinin Başçısi qeyd etdi ki, əldə olunmuş uğurlar yeni
nailiyyətlər üçün möhkəm zəmin yaradıb.
Hesabat yığıncaqda çıxış edənlər rayonda görülmüş işləri yüksək
qiymətləndirdilər, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət
açdılar.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2020-ci ildə
Nəsimililərə daha böyük uğurlar arzuladı.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks
etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident İlham
Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və
qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə
olundu.
Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal
iştirak edən yubilyarlara Nəsimi rayon İcra Hakimiyyətinin xatirə
hədiyyələri təqdim olundu.
Xəbər 369 dəfə oxunub.