Nərminin 7 yaşı var. O, 1-ci sinifdə oxuyur. 1-ci sinifdə oxuyan digər milyonlarla həmyaşıdları kimi şən, dəcəl qızlardan biridir.
2016-cı ilin yay aylarından etibarən Nərmin birdən-birə arıqlamağa başladı, onun heç bir şikayəti olmadığı üçün valideynləri heç də narahat olmamışdılar. Uşağın elə-belə analizlərini verdilər və nəticələr çıxdıqda inanmadılar...
Yenidən analızləri verdilər və diaqnoz "kəskin lenfoblastik leykamiya" idi.
Valideynlər dəhşət içində idilər. Düşünməyə belə zaman qalmamışdı.
Həkimlərin məsləhəti ilə Nərmin təcili şəkildə Türkiyəyə çatdırılmalı idi. Nərminin hələ heç bir şeydən xəbəri yox idi, digər uşaqlarda olduğu kimi Türkiyə Nərminin fikrincə yalnız istirahət etmək üçün olan bir yerdir, hətta çimərlik paltarını da çamadanına qoymuşdu.
Müalicə dərhal başlandı.
Nərminin müalicə olunduğu Göztepe Medikal Park Hastanesinin həkimlərinin qənaətinə görə əgər müalicə müvəffəqiyyətli keçərsə əməliyyata ehtiyac olmayacağını bildirmişdilər. İlkin 5 kurs kimyaterapiya müalicəsinə 55.000$ vəsait xərcləndi. Bu vəsaitin toplanmasında bütün qohumlar, Nərminin atasının iş yoldaşları və hətta bu kömək çağırışına bir çox insanlar və Almaniyanın bir xeyriyyə təşkilatı da cəlb olunmuşdu. Bütün bu səylər hədər getmədi. Hazırda Nərminin vəziyyəti stabildir. Lakin müalicənin davam etdirilməsi üçün 30.000 $ dəyərində olan 3 kurs kimyaterapiya müalicəsi tələb olunur. Yardımsevər insanların sayəsində Nərminin hesabına 2.700 $ köçürülmüşdür. "Təmiz Ürək" təşkilatı da 1.500$ həmin hesaba köçürür. İndi 25.800$ məbləğin toplanması lazımdır.
Bizim bir yerdə öhdəsindən gələ bilməyəcəyimiz çətinlik yoxdur. Bu mübarizədə biz Nərmini tək qoymamalıyıq. Biz hər birimiz ona qalib gəlməyə kömək etməliyik. Onun öz həmyaşıdları kimi məktəbə getməsinə, öz həyatına davam etməsinə, çimərlik paltarını götürüb dənizə getməsinə çox az qalıb...
Kömək üçün aşağıdakı nömrələrlə whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz:
050 2831079 Fuad (atası)
050 235 20 27 Əhməd
Xəbər 475 dəfə oxunub.