“Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb"
“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”.
“APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var, elə də qalacaq:
“Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil”.
Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur.