Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldıldı

Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldıldı

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Aktual.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. İndiyədək nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəy vermək səlahiyyəti yalnız Nəqliyyat Nazirliyində idi.

Fərmana əsasən, bundan sonra Nəqliyyat Nazirliyinin nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəyi Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla veriləcək.

Bundan başqa “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzlayıb.

Belə ki, indiyədək Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı idi.

Dəyişikliyə əsasən, bundan sonra Tarif (qiymət) Şurası Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.

Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR