Azərbaycanın Nəqliyyat Nazirliyi bəzi KİV-lərdə əsasız yayılmış məlumatla bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, 19 oktyabr 2015-ci il tarixində bəzi KİV-lərdə və saytlarda nəqliyyat müfəttişlərinin hərəkətləri ilə bağlı video görüntü ilə müşayiət olunan xəbərin həmin tarixdə baş verməsi heç bir fakta əsaslanmır, arxiv kadrlardan istifadə edilərək əsassız xəbər yayılıb.
14 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından sonra dərhal bütün struktur bölmələrə telefonoqram göndərilərək, bütün nəzarət funksiyalarının dayandırılması tapşırılıb:
Nazirliyin müvafiq əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətitərəfindən bu məsələyə ciddi şəkildə nəzarət edilir.